Rusların bu vaxta qədər Ukraynada itirdikləri AÇIQLANDI

11-03-2022, 12:22           
Rusların bu vaxta qədər Ukraynada itirdikləri AÇIQLANDI
Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb. Bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində paylaşım edilib.

Bildirilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 353 ədəd tankı, 1165 ədəd zirehli döyüş maşını, 125 ədəd artilleriya sistemi, 57 ədəd hərbi təyyarəsi, 83 ədəd helikopteri, 558 ədəd avtomobil texnikası, 3 ədəd gəmi/kater, 60 ədəd yanacaq çəni, 7 ədəd dronu, 58 ədəd reaktiv yaylım atəş sistemi, 31 ədəd havadan müdafiə sistemləri məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 12 000-dən çox canlı qüvvəsini itirdiyini bildirib. //apa//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru