Məktəbdə bədbəxt hadisə: 13 yaşlı şagird ağır xəsarət alıb

12-03-2022, 09:08           
Məktəbdə bədbəxt hadisə: 13 yaşlı şagird ağır xəsarət alıb
Cəlilabadda bədbəxt hadisə baş verib.

“Report” xəbər verir ki, hadisə Cəlilabad şəhər 2 nömrəli məktəbin idman zalında qeydə alınıb.

İlkin məlumata görə, həmin məktəbin 2009-cu il təvəllüdlü şagirdi, Qasımov Əli Təyyar oğlu idman zalında hündürlükdən yıxılıb.

Ağır xəsarətlər alan şagird rayon xəstəxanasına çatdırılıb.

Hazırda şagird komadadır və süni tənəffüs aparatına qoşulub. Həmçinin Bakı şəhərindən xəstə üçün neyrocərrah dəvət edilib.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru