Salyanda evinə basqın olmuş mühasib həyat yolaşı ilə yanaraq ölüb

12-03-2022, 08:31           
Salyanda evinə basqın olmuş mühasib həyat yolaşı ilə yanaraq ölüb
Salyan rayonunda fərdi yaşayış evində yanğın olub.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə rayonun Aşağı kürkənd kəndində qeydə alınıb.

Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlu və onun həyat yoldaşı, 1956-cü iltəvəllüdlü Əliyeva Elmira Mirzə qızının meyiti aşkar olunub.

Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi.

Qeyd edək ki, 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən şəxslər xəstəxanaya yerləşdirilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru