Ruslar Ukraynada Beynəlxalq Sülhməramlı Mərkəzini vurdular 13-03-2022, 10:51 Rusiya ordusu Ukraynada Lvov şəhəri yaxınlığında Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə (Yavorovski hərbi poliqonu) hava zərbəsi endirib.Teref.Az APA-ya istinadən bildirir ki, bu barədə Lvov vilayət hərbi administrasiyasının rəhbəri Maksim Kozitski bildirib.İlkin məlumata görə, səkkiz raket atılıb. Onun sözlərinə görə, aviazərbə nəticəsində zərərçəkənlərin olması araşdırılır. Facebook-da paylaş