Azərbaycanlı stilist Orxan Seyidov dünyasını dəyişib. Bu barədə onun dostları sosial şəbəkədə paylaşım edib.
Milli.Az olay-a istinadən xəbər verir ki, Orxan Seyidov ötən gecə vəfat edib. Yaxınlarının verdiyi məlumata görə o, qətlə yetirilib. Dəb sənətçisinin bıçaqlandığı deyilir. Hadisənin hansı zəmində baş verməsi isə məlum deyil.