“Korea Air” Rusiyaya sərnişin və yük reyslərini dayandırıb

15-03-2022, 11:25           
“Korea Air” Rusiyaya sərnişin və yük reyslərini dayandırıb
“Korean Air” aprelin sonuna qədər Moskva və Vladivostoka olan bütün sərnişin və yük reyslərini dayandıracaq. AzVision.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb. Bildirilir ki, şirkət həmçinin “əməliyyat və təhlükəsizlik narahatlıqlarını” əsas gətirərək Rusiya hava məkanından yayınmaq üçün uçuşların istiqamətini dəyişdirib.

Eyni zamanda, Seuldan Avropaya uçuşlar Çin, Qazaxıstan və Türkiyə üzərindən istiqamətləndiriləcək ki, bu da uçuş müddətini 2 saat 45 dəqiqə artıracaq. Şimali Amerikanın şərqindən Seula olan uçuşlar isə Alyaska və Sakit Okean vasitəsilə istiqamətləndiriləcək və bəzi uçuşlara iki saat əlavə olunacaq.

Xatırladaq ki, bundan öncə “Air Astana” da Rusiya ilə əlaqəni dayandırdığını bəyan etmişdi.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.