Ukrayna ordusu öldürülən Rusiya generallarının adlarını açıqlayıb

16-03-2022, 09:09           
Ukrayna ordusu öldürülən Rusiya generallarının adlarını açıqlayıb
Müharibə zamanı Ukrayna hərbçiləri tərəfindən Rusiya qoşunları ali komandanlığının azı 10 üzvü öldürülüb. Teref.az “Report”a istinadla xəbər verir ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi Rusiya ordusunun öldürülən general, polkovnik və polkovnik-leytenantlarının adlarını açıqlayıb.

Qeyd edilir ki, döyüşlərdə general-mayorlar - Maqomed Tuşayev, Vitali Gerasimov, Andrey Kolesnikov, Andrey Suxovetski, polkovniklər - Andrey Zaxarov, Sergey Poroxnyu, İqor Nikolayev, polkovnik-leytenantlar – Yuri Aqarkov, Dmitri Sofronov, Mixail Yermolin öldürülüblər.

Mərkəz bildirib ki, təqdim edilən siyahı tam deyil.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru