"Rosqvardiya"nın rəis müavini general Qavrilovun həbs olunduğu bildirilir -UKRAYNADAKI UĞURSUZLUĞA GÖRƏ...

17-03-2022, 18:27           
"Rosqvardiya"nın rəis müavini general Qavrilovun həbs olunduğu bildirilir -UKRAYNADAKI UĞURSUZLUĞA GÖRƏ...
FTX-nin hərbi əks-kəşfiyyat idarəsi Rusiya Qvardiyasının rəis müavini, general Roman Qavrilovu saxlayıb. Bu barədə “Bellingcat” nəşrinin rəhbəri Xristo Qrozev öz “Twitter” hesabında üç müstəqil mənbənin sözlərinə istinadən yazır.

"Üç müstəqil mənbə bildirir ki, Rusiya Milli Qvardiyasının (Ukraynada külli miqdarda itkilər vermiş daxili qoşun bölməsi) rəis müavini general Roman Qavrilov FTX tərəfindən saxlanılıb. Qavrilov əvvəllər Putinin təhlükəsizlik xidmətində çalışıb", - məlumatda deyilir.

Mənbələrdən birinə görə, Qavrilov “insanların ölümünə səbəb olan hərbi məlumatları sızdırdığı üçün” saxlanılıb. Digər iki mənbə iddia edir ki, saxlanma səbəbi “yanacaq israfçılığı”dır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru