“Pirelli” Rusiyadakı fabriklərinin fəaliyyətini dayandırır 18-03-2022, 08:57 İtaliyanın təkər istehsalçısı “Pirelli” Ukrayna ətrafında yaranmış vəziyyət fonunda Rusiyaya investisiyaları dayandırır.Şirkət həmçinin ölkədəki fabriklərin fəaliyyətini də məhdudlaşdırır.“Rusiya Federasiyasına investisiyalar dayandırılıb. Fabriklərin işi isə tədricən məhdudlaşdırılacaq”, - deyə məlumatda bildirilib.Qeyd edək ki, “Pirelli”-nin Rusiyada 2600-dən çox işçisi olan iki fabriki var.Mənbə: “RİA Novosti” Facebook-da paylaş