NATO təlimində ABŞ təyyarəsi qəzaya uğrayıb

19-03-2022, 08:54           
NATO təlimində ABŞ təyyarəsi qəzaya uğrayıb
ABŞ-ın "V-22 Osprey" konvertoplanı Norveçdə beynəlxalq "Cold Response" hərbi təlim zamanı qəzaya uğrayıb.

Teref.Az Trend-ə istinadən bildirir ki, göyərtəsində 4 nəfərin olduğu təyyarə Nurlann quberniyasının Budö şəhərindən təlim uçuşu həyata keçirib. Plana görə, o, yerli vaxtla saat 18:00 radələrində yerə enməli idi. Təxminən üç saat sonra xilasetmə qrupu qəza yerini şəhərdən cənub istiqamətində tapıb.

Hazırda təyyarənin ekipajının taleyi ilə bağlı məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru