Pedalsız və sükansız avtomobillər gəlir

20-03-2022, 13:04           
Pedalsız və sükansız avtomobillər gəlir
Sürücüsüz nəqliyyat vasitələri artıq reallıqdır. Radar və peyk rabitə sistemi ilə təchiz olunmuş avtomobillər on ildən çoxdur test edilir. Sürücünün xüsusi hallarda müdaxiləsi üçün bu maşınlar sükan və pedalla təmin olunur. İndi növbə başqa texnikanındır.

Redaktor.az xəbər verir ki, ABŞ-ın Yol Təhlükəsizliyi Agentliyi yeni model avtomobillərin üzərində işləməyə icazə verib. Artıq prototiplər də hazırdır. Bu maşınlarda sürücünün işi yalnız proqram təminatına gediləcək yeri seçmək olacaq. Agentlik bu modellər üçün pedal və sükanın tam lüzumsuz olduğunu bildirib.
Lakin bir tələb dəyişməz olaraq qalır. Təhlükəsizlik klassik modellərdəki kimi yüksək səviyyədə olmalı, uşaqlar qabaq oturacaqda əyləşməməlidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru