Afinada Sovet əsgərinin heykəlinə bu sözlər yazıldı

21-03-2022, 17:00           
Afinada Sovet əsgərinin heykəlinə bu sözlər yazıldı
Afinada Sovet əsgərinin şərəfinə ucaldılan abidənin üzərinə “Azov” alayının adı yazılıb.

Axar.az xəbər verir ki, bununla da Afina sakinləri Rusiyaya qarşı mübarizə aparan qüvvələrin simvolu sayılan “Azov” alayına simpatiyalarını və rus əsgərinin işğalçı olduğunu nümayiş etdiriblər.

Rusiyanın bu ölkədəki səfiri faktı vandalizm aktı kimi qiymətləndirib və cinayətkarların tapılmasını tələb edib. Yunanıstan XİN olayı pisləyib.

Qeyd edək ki, 2005-ci ildə qoyulan abidə 1944-cü ildə alman əsirliyindən qaçaraq, yunan partizan hərəkatına qoşulan və nasizmə qarşı mübarizə aparan Sovet əsgərlərinin xatirəsinə həsr edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru