Çində “Boeing”in qəzaya uğramasının ilkin səbəbi açıqlandı
21-03-2022, 17:11
“China Eastern” hava yolları şirkətinə məxsus“ Boeing-737” markalı sərnişin təyyarəsinin qəzaya uğramasına mühərrik nasazlığı səbəb ola bilərdi. AzVision.az xəbər verir ki, bu barədə Çinin “Huanqiu Shibao” qəzeti məlumat yayıb. Aviasiya eksperti Vanq Yanqan qeyd edib ki, hər hansı yekun nəticə çıxarmaq hələ tezdir, çünki bunun üçün qara qutular oxunmalıdır: “Təyyarə ilə bağlı məlumatlara əsasən, bizdə pilotlar və nəzarətçilər arasında danışıqlara dair məlumat yoxdur. Böyük ehtimalla deyə bilərik ki, kruiz hündürlüyündə yan tərəfdə mühərrik nasazlığı baş verib, nəticədə pilotlar təyyarə üzərində idarəetməni itirib. Bu, çox ciddi texniki nasazlıqdır”.
Çində içərisində 133 nəfər olan təyyarə qəzaya uğrayıb. Məlumata görə, təyyarənin göyərtəsində 133 nəfər var. Hazırda axtarış-xilasetmə işləri aparılır. Qəza yerində meşə yanğını baş versə də, yanğın söndürülüb.