Norveç kralı V Harald koronavirusa yoluxub. 23-03-2022, 08:56 COVID-19 testi müsbət çıxan 85 yaşlı monarxın yüngül simptomlar keçirdiyi açıqlanıb.Bildirilib ki, kral bir neçə gün vəzifəsinə ara verəcək. Onun səlahiyyətlərini oğlu və taxt-tacın varisi şahzadə Haakon icra edəcək.Üç doza COVID peyvəndi alan V Harald son illərdə bir neçə dəfə səhhətində ciddi problemlər yaşayıb. O, 2020-ci ildə ürək əməliyyatı keçirib.Mənbə: TRT Facebook-da paylaş