Ukraynada bir gündə Rusiyanın dörd təyyarə və azı 15 hərbi texnikası məhv edilib

23-03-2022, 10:05           
Ukraynada bir gündə Rusiyanın dörd təyyarə və azı 15 hərbi texnikası məhv edilib
Ukrayna hərbçiləri ötən gün ərzində Rusiya ordusunun yeddi tankını, iki piyada döyüş maşınını, altı artilleriya sistemini və bir neçə hərbi avtomobilini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının operativ məlumatında bildirilib.

Bundan başqa Ukrayna müdafiəçiləri gün ərzində Rusiya ordusunun yeddi hücumunu dəf edib və üç BMP-3-nü ələ keçirib.

Həmçinin, hava hücumundan müdafiə bölmələri düşmənin hava hədəflərini, yəni iki PUA, dörd təyyarə və bir “Toçka-U” raketini vurub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru