Polşada onlarla rus casusu müəyyən edilib

23-03-2022, 17:00           
Polşada onlarla rus casusu müəyyən edilib
Polşada Rusiyaya casusluqda şübhəli bilinən 45 nəfər müəyyən edilib.

Teref.az yeniavaz-a istinadən xəbər verir ki, bu barədə Polşanın Daxili Təhlükəsizlik Agentliyinin sözçüsü Stanislav Zarin məlumat yayıb. O bildirib ki, Rusiya adına casusluqda şübhəli bilinən diplomatik statusa malik 45 nəfər müəyyən edilib.

Agentliyin rəsmi açıqlamasında bildirilib ki, diplomatlar Polşanın milli təhlükəsizliyinə təhlükə yaradan Rusiya kəşfiyyat layihələrində iştirak ediblər. Qurum Polşa hökumətini onları ölkədən çıxarmağa çağırıb.

Qeyd olunub ki, casuslardan biri martın 17-də saxlanılan Polşa vətəndaşıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.