Ruslar indi də dinc ukraynalıları girov götürürlər

24-03-2022, 08:27           
Ruslar indi də dinc ukraynalıları girov götürürlər
Rusiya Ukraynanın 100-ə yaxın vətəndaşını girov götürüb, onların mübadiləsi üçün danışıqlar aparılır. "Report"un məlumatına görə, bunu Ukraynanın Baş nazirinin müavini - işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Qara dənizdə boğulmaqdan xilas olunan və Ukrayna tərəfinin xilas etdiyi dənizçiləri geri qaytarmaq arzusunda olduğunu bildirib.

“Burada dənizçilər var, yeri gəlmişkən, biz 11 dənizçini xilas etdik və onları verməyə hazırıq, onlar nəyimizə lazımdır, təki onlar adamlarımızı versin”, - nazir qeyd edib.

Vereşçuk ümid etdiyini bildirib ki, yaxın gələcəkdə Ukrayna öz vətəndaşlarını geri qaytara biləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru