Ukrayna hərbçiləri bir gündə Rusiyanın yeddi təyyarəsini vurub
24-03-2022, 10:48
Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin zenit-raket qoşunları ötən gün ərzində Rusiya ordusunun 11 hava hədəfini məhv edib. Onların arasında yeddi təyyarə, bir helikopter, bir dron və iki qanadlı raket var.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanlığının “Facebook” səhifəsində məlumat verilib.