OMON döyüşçüləri Ukraynada getməkdən imtina ediblər

25-03-2022, 00:02           
OMON döyüşçüləri Ukraynada getməkdən imtina ediblər
Rosqvardiyanın Krasnodar OMON-dan olan 12 döyüşçüsü Ukraynaya getməkdən imtina edib. "Meduza" xəbər verir ki, onlar bunu əmrin qanunsuzluğu ilə izah ediblər.

Mənbənin sözlərinə görə, OMON əməkdaşlarının birbaşa rəsmi vəzifələri Rusiya ərazisi ilə məhdudlaşdırdı və onların xarici pasportları olmayıb.

“Ukrayna ərazisinə səfərlə bağlı heç kimə məlumat verilməyib və buna razılıq da verilməyib. Özlüyündə dövlət sərhədini qanunsuz keçmək cinayətdir və silahlı qruplaşmanın tərkibində Ukrayna ərazisinə qanunsuz daxil olmaq artıq Ukrayna Cinayət Məcəlləsinin pozulmasıdır”, - nəşr yazır.

Rosqvardiyanın döyüşçüləri Krasnodara qaytarılıb, rəsmi yoxlamadan keçirilib və işdən çıxarılıb. Tağım üzvləri bunu qanunsuz hesab edib və məhkəməyə müraciət edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru