“Tesla Cybertruck” nə zaman satışa çıxarılacaq?

25-03-2022, 09:36           
“Tesla Cybertruck” nə zaman satışa çıxarılacaq?
“Tesla”nın rəhbəri İlon Mask “Cybertruck” elektrik pikapının kütləvi istehsala buraxılma vaxtını açıqlayıb.

Eyni zamanda, milyarder yeni modelin son versiyası ilə bağlı heç bir texniki detalı açıqlamayıb.

Maskın sözlərinə görə, şirkət “Cybertruck”ın kütləvi istehsal versiyasının hazırlanmasını 2022-ci ilin sonuna qədər başa çatdırmağı planlaşdırır. Gələn il isə elektrik pikap konveyerə buraxılacaq.

Qeyd edək ki, modelin son versiyasının necə olacağı hələlik məlum deyil. Elektromobilin ilk prototipləri primitiv bucaqlı dizaynına görə tənqid edilib.

Mənbə: motor.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru