12 tank və 200 hərbçi - 30-cu gün

25-03-2022, 10:20           
12 tank və 200 hərbçi - 30-cu gün
Bu gün Ukraynada başlayan hərbi əməliyyatların 30-cu günüdür.

BAKU.WS-in məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı 25 mart yerli vaxtla saat 06:00-a ölkədə olan vəziyyəti təqdim edib. Məlumatda son sutka ərzində rusların 9 hücumunun qarşısının alındığı, 12 tank, 20 zirehli və avtomobil texnikasının, həmçinin 9 artilleriya sisteminin sıradan çıxarıldığı qeyd olunub. Rusiya tərəfinin 200-dən çox hərbçi itirdiyi deyilir.

Ukrayna Silahlı Qüvvələrinin Hava Qüvvələri son sutka ərzində 1 təyyarə, 1 PUA və 4 qanadlı raket olmaqla 6 hava hədəfinin vurulduğu məlumatını yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru