“Mariupol qəssabı” ləqəbli rus generalın səs yazısı yayıldı – VİDEO

25-03-2022, 18:42           
“Mariupol qəssabı” ləqəbli rus generalın səs yazısı yayıldı – VİDEO
Rusiyanın Mariupoldakı generalı Mixail Mizintsevin özündən aşağı rütbəli bir hərbçini təhqir etdiyi ortaya çıxıb.

“AzPolitika.info” “Daily Mail” nəşrinə isinadla xəbər verir ki, paylaşılan səs yazısında “Mariupol qəssabı” kimi tanınan Mixail Mizintsevin formasını düzgün geyinməyən aşağı rütbəli bir hərbçini aşağılayır.

“Formasını düzgün geyinə bilməyən əsgərin niyə indiyə qədər qulağı kəsilməyib? Niyə vaxtımı buna sərf edirəm? Bu axmaq niyə hələ də yaşayır?” - deyə, general təhqiredici ifadələr işlədir.

Qeyd edək ki, 2014-cü ildən Rusiya müdafiə mərkəzinə başçılıq edən Mixail Mizintsev, 2017-ci ildə general-polkovnik rütbəsi alıb.

2016-cı ildə Suriyadakı rus ordusunu başçılıq edən Mizintsevin Hələb şəhərində yüzlərlə mülki şəxsi öldürdüyü bildirilir.

Ukrayna rəsmilərinin sözlərinə görə, Mariupoldakı teatr binasının və uşaq evinin bombalanması əmrini də məhz rus general Mixail Mizintsev verib.

Teref.az həmin səs yazısını təqdim edir:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.