Ukrayna polisi əhalidən 11 tank müsadirə edib

26-03-2022, 09:40           
Ukrayna polisi əhalidən 11 tank müsadirə edib
Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan bəri Poltava vilayətinin polisi yerli sakinlərdən 11 Rusiya tankı götürüb.
Yeniavaz.com UNİAN-a istinadən bildirir ki, bu barədə Poltava vilayətinin polis rəisi Yevgeni Roqaçov məlumat verib.
“Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsi başlayandan Poltava vilayətinin polisi 11 tank, 2 zirehli texnika, 9 pulemyot, 5 tüfəng, 10 tapança, 4000-ə yaxın müxtəlif çaplı patron, 14 qumbaraatan ələ keçirib. 200-ə yaxın qeyri-qanuni dövriyyədən olan digər döyüş sursatları”, - deyə polisdən bildirilib.
“Meşə zolaqlarında, meşələrdə, tarlalarda və ya yol kənarlarında silah, döyüş sursatı, hərbi texnika, digər təhlükəli və ya şübhəli əşyalar aşkar edilərsə, dərhal 102 nömrəsinə polisə məlumat verin”, - deyə polis əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru