Ekvador sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.
Publika.az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, yeraltı təkanların episentri Santo Dominqo de los Kolorados şəhərindən 135 kilometr şimal-qərbdə, ocağı isə 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar, xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.