Belarusdan Ukraynaya raket atıldı - İDDİA

28-03-2022, 11:30           
Belarusdan Ukraynaya raket atıldı - İDDİA
Ukrayna Lutsk şəhərini vuran raketin Belarusdan atıldığını açıqlayıb.

Manset.az xəbər verir ki, bunu Ukraynanın Volın vilayətinin qubernatoru Yuri Poqulayko iddia edib.

Bu iddia Rusiya və Putinə yaxınlığı ilə tanınan Belarus lideri Aleksandr Lukaşenkonun müharibədə yeni cəbhə aça biləcəyi ehtimalını gücləndirib.


Yuri Poqulayko hücumlarla bağlı açıqlamasında “Volındakı neft anbarını vuran qanadlı raket hücumu Belarus ərazisindən həyata keçirilib. Kruiz raketi aşağı hündürlükdə irəlilədiyi üçün hava hücumundan müdafiə sistemləri və radarlar onu aşkar edə bilməyib” deyə əlavə edib.


Xilasetmə qrupları raket hücumunun baş verdiyi ərazidə işlərini davam etdirir. Hələlik tələfat barədə məlumat yoxdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru