Rus işğalçıları Slavutiçi tərk ediblər

28-03-2022, 11:15           
Rus işğalçıları Slavutiçi tərk ediblər
Martın 26-da Ukraynanln Slavutiç şəhərinə daxil olan rus işğalçıları bazar günü şəhəri tərk ediblər. Şəhər Ukrayna bayrağı altındadır. AzVision.az xəbər verir ki, bu barədə mer Yuri Fomiçev “Facebook”da yayımladığı videomüraciətdə deyib.

"Onlar etmək istədikləri işləri gördülər - şəhəri yoxladılar. Bu gün onu tamamlayıb getdilər. Onlar şəhərdə deyillər", - Fomiçev vurğulayıb.

Rəsmi yerli hakimiyyət orqanlarının işğalçılarla əməkdaşlıq etdiyinə və onlardan humanitar yardım istədiklərinə dair məlumatları təkzib edib.

"Biz işğalçılarla heç bir əməkdaşlıq etmirik. Bütün problemlərimizi öz gücümüzə həll edirik. Heç kimin humanitar yardımına ehtiyacımız yoxdur, hər şeyimiz kifayət qədərdir. Ukraynanın bütün şəhər və qəsəbələrindən bizə kömək edirlər", - Fomiçev bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru