Azərbaycanda yaşı eramızdan 2800-2500 il əvvələ aid edilən küp qəbir tapılıb - FOTO

29-03-2022, 08:04           
Azərbaycanda yaşı eramızdan 2800-2500 il əvvələ aid edilən küp qəbir tapılıb - FOTO
Neftçalada Kür çayının yatağından küp qəbir tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, tapıntını Neftçala rayonunun Cəngən kənd orta məktəbinin tarix müəllimi Şəhrəbanu Ağalarova aşkar edib.

Belə ki, o, yaşadığı ərazidə, Kür çayının yatağından yaşı eramızdan 2800-2500 il əvvələ aid edilən küp qəbir tapıb.

Onun sözlərinə görə, o, küp qəbir haqqında yerli balıqçılardan eşidib: "Balıqçılar deyir ki, bu ərazilərdə çay yatağı boyunca küp qəbirlər çoxdur. Bunların içərisində uşağa aid küp qəbir də var".

Hazırda o, qalıqları dərs dediyi fənn kabinetində saxlayır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru