Otaqdakı virusların 98%-ni məhv edən yeni vasitə təqdim olunub

29-03-2022, 09:44           
Otaqdakı virusların 98%-ni məhv edən yeni vasitə təqdim olunub
Amerika və Britaniya alimləri beş dəqiqə ərzində otaqda olan mikrobların 98%-ni məhv edən “Far-UVC” yeni tipli ultrabənövşəyi şüalanmanı təqdim ediblər.

İşıqlar tavana quraşdırıla və hava-damcı yoluyla xəstəliklərinin insandan insana ötürülməsini azalda bilər.

Bu vasitə həmçinin COVID və qripə qarşı da effektlidir.

Alimlərin fikrincə, “Far-UVC” insanların sağlamlığına təhlükə yaratmadan otağı dezinfeksiya etmək üçün ən ucuz üsuldur.

Qeyd edək ki, adi ultrabənövşəyi şüalar gözlərə və dəriyə zərər verə bilər.

Mənbə: knife.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru