Müharibə başlayandan Ukraynada 145 uşaq həlak olub
30-03-2022, 10:31
Rusiyanın Ukraynaya hücuma başladığı fevralın 24-dən indiyədək bu ölkədə ölən və yaralanan uşaqların sayı açıqlanıb.
"Report"un Şərqi Avropa bürosunun Ukrayna Səhiyyə Nazirliyindən əldə etdiyi məlumata görə, fevralın 24-dən bu günə qədər Ukraynada 145 uşaq həlak olub.
Bu dövr ərzində 222 uşaq yaralanıb. Uşaqların hamısı müharibəyə məruz qalan bölgələrin sakinləri olub.