Bakıda yeniyetmə oğlanı maşın vuraraq öldürdü - 10-14 yaşı olardı

30-03-2022, 12:27           
Bakıda yeniyetmə oğlanı maşın vuraraq öldürdü - 10-14 yaşı olardı
Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Teref.az APA-ya istinadla xəbər verir ki, qəza paytaxtın Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Təxminən 10-14 yaşlı oğlan (hələlik ad-soyadı bilinmir) “Koala” parkdan çıxaraq piyada üçün nəzərdə tutulmuş keçiddən keçərkən onu yüksək sürətlə hərəkətdə olan avtomobil vurub. Yeniyetmə hadisə yerində həlak olub.

Yeniyetmənin yaxınları axtarılırlar. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru