Bakı şəhərinin Yasamal rayonunda “Toyota” markalı minik avtomobili dərəyə aşıb. Bakupost.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sıxılı vəziyyətdə qalan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.