Azərbaycanda üç uşaq atası intihar edib 30-03-2022, 22:38 Biləsuvarda 38 yaşlı kişi intihar edib.Medicina.az xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Xırmandalı kəndində qeydə alınıb.Belə ki, həmin kənd sakini, 1984-cü il təvəllüdlü Ziya Ağayev yaşadığı mənzilin zirzəmisində özünü asıb.Onun meyitini ailə üzvləri aşkarlayıblar. İntiharın səbəbləri hələlik məlum deyil.Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.Qeyd edək ki, Z.Ağayev ailəli olub, 3 övladı var. Facebook-da paylaş