Apple və Meta səhvən istifadəçi məlumatlarını hakerlərə ötürüb

31-03-2022, 08:34           
Apple və Meta səhvən istifadəçi məlumatlarını hakerlərə ötürüb
Amerikanın "Apple" və "Meta" şirkətləri özlərini hüquq-mühafizə orqanlarının əməkdaşları kimi təqdim edən hakerlərə istifadəçilər haqqında məlumatları təqdim ediblər.

Bu barədə "Bloomberg" agentliyi mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunur ki, saxta təcili sorğulara cavab olaraq şirkətlər hakerlərə qeydiyyatdan keçmiş istifadəçilər haqqında ünvan, telefon nömrəsi və IP ünvanı kimi məlumatları ötürüblər.

Agentlik qeyd edir ki, adətən bu cür sorğular müvafiq məhkəmə qərarı və ya digər sənədlər olduqda qanuni qüvvəyə malikdir, lakin təcili sorğular üçün məhkəmə qərarı tələb olunmur.

Qeyri-qanuni əldə edilmiş məlumatlar hakerlər tərəfindən maliyyə fırıldaqçılıq sxemlərini asanlaşdırmaq və digər məqsədlər üçün istifadə edilib












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru