“Kiyev ətrafında şiddətli döyüşlərin olacağı ehtimal edilir” - Britaniya kəşfiyyatı

31-03-2022, 11:08           
 “Kiyev ətrafında şiddətli döyüşlərin olacağı ehtimal edilir” - Britaniya kəşfiyyatı
“Rusiyanın Çerniqov ətrafında hərbi fəaliyyəti azaltmaq niyyəti ilə bağlı bəyanatlarına baxmayaraq, Rusiya artilleriya və raket zərbələri davam edir”. DİA.AZ “Report”a istinadla xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.

“Rusiya qüvvələri məhdud sayda bölmələrin çıxarılmasına baxmayaraq, Kiyevin şərqində və qərbində mövqelərini saxlamağa davam edir. Yaxın günlərdə şəhərin kənarında şiddətli döyüşlərin baş verəcəyi ehtimal edilir.

Rusiya qüvvələrinin əsas hədəfi olan Mariupolda şiddətli döyüşlər davam edir, lakin Ukrayna qüvvələri şəhərin mərkəzinə nəzarəti davam etdirir” , - məlumatda vurğulanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru