Ukrayna Vışqorodun azad olunduğunu elan edib

1-04-2022, 08:30           
Ukrayna Vışqorodun azad olunduğunu elan edib
Qruzeviç: "Çox yaxşı xəbərlərimiz olacaq"

“Kiyev vilayətinin Vışqorod qəsəbəsi artıq Ukrayna hərbçilərinin nəzarətindədir, hazırda Ukrayna Silahlı Qüvvələri bir çox sahələrdə mühüm uğurlar əldə edib və hücum əməliyyatlarını davam etdirir”.

AYNA Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları Komandanlığının Baş Qərargah rəisinin müavini Aleksandr Qruzeviç deyib.

“Yaxın gələcəkdə, dediyim kimi, çox yaxşı xəbərlərimiz olacaq. Düşünürəm ki, bir-iki günə biz əla mənzərəni görəcəyik və uğurlarımızı inkişaf etdirməyə davam edəcəyik”, - Qruzeviç vurğulayıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru