Kiyev əhalisi geri qayıdır? - Qərargahdan xəbərdarlıq

2-04-2022, 11:12           
Kiyev əhalisi geri qayıdır? - Qərargahdan xəbərdarlıq
İnsanların öz şəhərlərinə qayıtmasından söhbət getmir. Bu, həqiqətən çox təhlükəlidir. Biz dayanmırıq, Kiyev vilayətinin sakinləri üçün 7/24 işləyirik. Bir az gözləmək lazımdır.

Axar.az xəbər verir ki, bunu Kiyev vilayətinin Humanitar Qərargahının rəhbəri Aleksey Kuleba bildirib.

“Vurğulamaq istəyirəm ki, istənilən iş yalnız hərbi qulluqçular tərəfindən işğaldan azad edilmiş ərazilərin - yollar, körpülər və digər infrastruktur obyektlərin tam təmizlənməsindən sonra mümkündür”, - Qərargah rəhbəri qeyd edib.

Xatırladaq ki, Rusiya ordusunun Kiyev vilayətindən Donbasa çəkildiyi haqda məlumatlar yayılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru