Argentinada sosial məsafə tələbi ləğv edildi

2-04-2022, 12:37           
Argentinada sosial məsafə tələbi ləğv edildi
Argentinada koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən iki metrlik sosial məsafəni qorumaq tələbi ləğv edilib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin bu barədə qərarı Argentina Respublikasının rəsmi bülletenində dərc olunub.

Eyni zamanda, nazirlik qapalı yerlərdə maskaların taxılmasına davam etməyi tövsiyə edir.

Qurum bu qərarını ölkə sakinlərinin 80%-nin koronavirusa qarşı tam peyvənd olunması və son doqquz həftə ərzində yoluxma hallarının sayında müntəzəm azalma olması ilə izah edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru