Bakıda partlayış zamanı onlarla insan yanıq xəsarətləri alıb - Səhiyyə Nazirliyi
3-04-2022, 08:39
![Bakıda partlayış zamanı onlarla insan yanıq xəsarətləri alıb - Səhiyyə Nazirliyi](/uploads/posts/2022-04/1648960827_1.jpg)
"Hadisə yerinə 35 təcili tibbi yardım briqadası göndərilib. Hal-hazırda da həkimlər orada çalışırlar. Saat 4:30-a olan məlumata görə, hadisə nəticəsində 24 nəfər xəsarət alıb".
"Report" xəbər verir ki, bunları Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib
"Yaralılardan 13-ü kişi, 11-i qadındır. təcili tibbi yardım briqadalarının həkimlərindən aldığımız məlumata görə, yaralıların əksəriyyəti yanıq xəsarətləri alıb. Lakin müxtəlif dərəcəli travmalılar da var. Onlar müxtəlif xəstəxanalara çatdırılıblar. Yeni xəbərlər daxil olan kimi əlavə məlumatlar veriləcək", - nazirlik rəsmisi əlavə edib.
04:33
Bakıda partlayış baş verən hadisə yerində 35 Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadası işləyir.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən məlumat verilib.
"Təcili yardım briqadalarından verilən məlumata görə saat 04:20 üçün 24 nəfər (13 kişi, 11 qadın) hospitalizasiya edilib", - nazirlikdən bildirilib.
04:06
Səbail rayonu ərazisində baş vermiş partlayışla əlaqədar hadisə yerinə şəhər üzrə zəruri olan təcili və təxirəsalınmaz tibbi yardım briqadaları göndərilib.
Bu barədə "Report"a Səhiyyə Nazirliyindən bildirilib.
"Hadisə yerində xidmət göstərən briqadalarla mütəmadi əlaqə var. Zəruri olan bütün tədbirlər görülməkdədir. İctimaiyyətə əlavə məlumat veriləcək", - nazirlikdən əlavə ediblər.