Buz qırıldı: Fəhlələr çayın ortasında avtobusun damında kömək gözlədi - VİDEO

6-04-2022, 09:29           
Buz qırıldı: Fəhlələr çayın ortasında avtobusun damında kömək gözlədi - VİDEO
Qazaxıstanın Aktobe vilayətində 30 işçi çayın ortasında avtobusun damında bir neçə saat qalıb.
Məlumata görə, “KazMunayQaz Trub Servis” şirkətinin qazmaçıları evə qısa bir yolla - Jem çayı üzərindəki buzun üstü ilə qayıtmağa qərar veriblər. Lakin yaz fəsli ilə əlaqədar nazilən buz qırılıb.

İşçilər "lyuk" vasitəsilə avtobusun damına çıxıb və rəhbərliklərinə zəng edərək yardım istəyiblər.

Artıq insanlar təxliyə edilib. Avtobus isə yalnız suyun səviyyəsi düşəndə çıxarıla biləcək. Bunun 10-20 gündən tez olmayacağı bildirilir.


Mənbə: Sputnik












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru