İrəvanın narkoman məmuru istefa verdi - Muradovu ölümlə hədələmişdi

8-04-2022, 11:43           
 İrəvanın narkoman məmuru istefa verdi -
Ermənistanda daha bir qalmaqallı istefa reallaşıb. Teref.az AzVision.az-a istinadla xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Bildirilir ki, İrəvanın inzibati rayonu olan Avan rəhbərinin müavini Nerses Poqosyan tutduğu vəzifədən getmək qərarına gəlib.
"İrəvan meriyasının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Levon Sardaryan məlumatı təsdiqləyib. O qeyd edib ki, İrəvan inzibati rayon rəhbərinin müavini Nerses Poqosyan istefa ərizəsi yazıb”. Son zamanlar məmur dəfələrlə kriminal çalarları ilə qalmaqallı hadisələrin “qəhrəmanı”na çevrilmişdi. Həm də o belə bir yüksək rütbəli məmura yaraşmayan açıqlamalar verirdi", - məqalədə yazılıb.

Qeyd edək ki, Poqosyan xüsusilə fevral ayında qalmaqala səbəb olan cinayət əməli ilə gündəmə çevrilmişdi. Erməni məmurun əlində işlənmiş narkotik vasitə aşkarlandığı üçün o narkotik istifadə etməkdə şübhəli bilinərək polisə aparılmışdı. Poqosyan ifadəsində belə demişdi ki, guya həmin əşyanı 2-ci Nork massivindəki bağdan tapıb.

Xatırladaq ki, "Vətəndaş Müqaviləsi" Partiyasının üzvü olan Poqosyan Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı kontingentin keçmiş komandanı Rüstəm Muradovu fırıldaqçı adlandıraraq onu ölümlə hədələmişdi. Poqosyan özünün Facebook səhifəsində yazmışdı ki, “Sən (Muradov – red.) mənim əsgərlərimin qanı ilə oynadığına görə, canınla cavab verəcəksən, tarakan kimi öləcəksən”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru