BDU Məzahir Pənahovun işdən çıxarılmasına aydınlıq gətirib

8-04-2022, 11:01           
BDU Məzahir Pənahovun işdən çıxarılmasına aydınlıq gətirib
Bakı Dövlət Universiteti (BDU) Məzahir Pənahovun Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsindən azad olunması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Universitetdən bildirilib ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun bu günlərdə qeyd olunan kafedranın müdiri vəzifəsindən azad olunmasına dair məlumat həqiqətə uyğun deyil.

Qeyd olunub ki, Məzahir Pənahov indi yox, 27 may 2019-cu ildə öz ərizəsi ilə işdən azad olunub.

BDU-dan həmçinin bildirilib ki, Fizika fakültənin Elmi Şurasının qərarı ilə bu ilin yanvarın 27-də Ümumi fizika və fizikanın tədrisi metodikası kafedrasının müdiri vəzifəsinə Rəhim Rəhimov seçilib. //report//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru