Belarus ABŞ-ı, Aİ ölkələrini və daha 11 dövləti “dost olmayan ölkələr" siyahısına salıb

8-04-2022, 12:06           
Belarus ABŞ-ı, Aİ ölkələrini və daha 11 dövləti “dost olmayan ölkələr" siyahısına salıb
Belarus hökuməti “dost olmayan ölkələr"in siyahısını təsdiq edib.

“Report” xəbər verir ki, Belarus Nazirlər Şurasının müvafiq qərarına əsasən, siyahıya Avropa İttifaqı (Aİ) ölkələrindən başqa, daha 12 dövlət – ABŞ, Böyük Britaniya, Avstraliya, Kanada, Norveç, Yeni Zelandiya, Albaniya, İslandiya, Şimali Makedoniya, Lixtenşteyn, Çernoqoriya və İsveçrə daxildir.

Xatırladaq ki, dünən Belarus Prezidenti “Belarusun hüquqi və ya fiziki şəxslərinə qarşı dost olmayan hərəkətlər edən xarici ölkələrin rezidentlərinin tələbi ilə milli təsərrüfat subyektlərinin hesabından vəsaitlərin silinməsinə qarşı müdafiəsi”nə yönəlmiş sərəncam imzalayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.