Əhalinin banklarda bu qədər pulu var

19-04-2016, 21:04           
Əhalinin banklarda bu qədər pulu var
Aprelin 1-i üçün dövlət büdcəsinin gəlirləri 3 milyard 678 milyon manat, xərcləri isə 2 milyard 623 milyon manat olub. Profisit (büdcə artıqlığı -AR) 1 milyard 55 milyon manat və ya ümumi daxili məhsulun 8.4 faizi qədərdir.

Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir.

Məlumatda bank və qeyri-bank kredit təşkilatlarının portfelinin 20 milyard 327 milyon manat olduğu bildirilir. Portfelin 15 milyard 565 milyonu, əsasən, sahibkarlıq üçün götürülən uzunmüddətli kreditlərdən ibarətdir. Vaxtı keçmiş kreditlər 6.5 faizdən çoxdur.

Əhalinin bank əmanətləri isə 8 milyard 77 milyon manatdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru