Xəzər dənizinin Azərbaycan sektorunda 4,2 bal gücündə zəlzələ olub
20-04-2016, 09:23
Xəzər dənizində zəlzələ qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, yerli vaxtla saat 00:22-də Siyəzəndən 37 km şimal-şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 4,2, dərinliyi 59 km olub. Təkanlar hiss edilməyib.