Xırdalanda ər arvadını bıçaqlayıb

18-05-2016, 09:07           

Abşeron rayonunda qanlı hadisə baş verib. APA-nın məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. 46 yaşlı Sevanə Abbasova yaşadığı evdə həyat yoldaşı tərəfindən bıçaqlanıb. Yaralı ailə üzvlərinin çağırdığı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıda çoxsaylı bıçaq xəsarətlərinin olduğunu bildiriblər.

Hadisə ailə münaqişəsi zəminində baş verib. Gecə vaxtı evə sərxoş gələn əri Sevanə Abbasova ilə mübahisə etməyə başlayıb və daha sonra bıçaqla ona çoxsaylı zərbələr endirib.

Faktla əlaqədar Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar davam edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru