İki azərbaycanlıya ömürlük həbs

18-05-2016, 13:31           
İki azərbaycanlıya ömürlük həbs
Rusiyanın Vladimir vilayət məhkəməsi iki azərbaycanlı barədə ömürlük həbs qərarı çıxarıb. Lent.az-ın yerli telekanala istinadən məlumatına görə, Azad Məmmədov və Cəfər Mirzəyev bir neçə qətldə, dələduzluqda, qeyri-qanuni mənzil ələ keçirməkdə ittiham olunurlar.
Məlumata görə, 2009-cu ildə Azad Məmmədovun cinayətkar dəstə yaradaraq 4 il ərzində çoxsaylı qətl və mənzil mənimsəmələri törətməsi məhkəmə tərəfindən sübut olunub. Onun qurbanları isə əsasən kasıblar, xəstələr, alkoqoliklər imiş.

Məhkəmə dəstənin digər üzvləri, Həmid Cahangirov, Saidmahmud Abrorov, Yelena Yakimova, Mariya Razumova, İrina Kritskaya, İbrahim və Elçin Məmmədovlar barəsində də 4 ildən 17 ilədək hökm çıxarıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru