Nəqliyyat Nazirliyi ləğv edilir? – Ziya Məmmədov təşvişdə…

18-05-2016, 13:39           
Nəqliyyat Nazirliyi ləğv edilir? – Ziya Məmmədov təşvişdə…
“Yaxın günlərdə Nəqliyyat Nazirliyi ləğv ediləcəyi ilə bağlı məlumatlar var”. Bizimxeber.az-a daxil olan eksklüziv məlumata görə, heç bir səlahiyyəti qalmayan, yalnız adı olan nazirliyin ləğvi üçün artıq əsl zamandır. Redaksiyaya daxil olan məlumatda həmçinin bildirilir ki, nazirliyin ləğvi həm də Ziya Məmmədovun vəzifədən uzaqlaşdırılması deməkdir.

Qeyd olunur ki, Nəqliyyat nazirliyinin balansında yeni publik hüquqi mərkəz yaradılacaq ki, bunun da rəhbəri cavan kadr olacaq. Ziya Məmmədovun hansı vəzifəyə təyinatı barədə heç bir məlumat verilmir. Ziya Məmmədova yaxın mənbələr isə nazirin başqa bir vəzifəyə göndəriləcəyini istisna etmirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru