İcra orqanları məşhur restoranlardan pul tələb edib? - Açıqlama

19-05-2016, 11:36           

Ötən gün bəzi elektron KİV-lərdə şəhərin mərkəz hissəsində yerləşən bir sıra iaşə obyektlərinə yerli icra orqanlarının mənfi münasibəti, onlardan ödənişlər tələb etmələri ilə bağlı məlumat yayımlanıb.

“Qafqazinfo” ya müraciət edən şəhərin mərkəzində, paytaxt sakinlərinin “Torqovaya” adlandırdıqları küçədə yerləşən “Mado” kafesi, “Namlı Kebab” restoranı və s. bir neçə iaşə obyektinin rəhbərləri məlumatın həqiqətə uyğun olmaması, kiminsə təxəyyülünün məhsulu olmasını bildiriblər.

Müraciətdə qeyd olunur ki, ölkə başçısı İlham Əliyevin ölkədə sahibkarların fəaliyyətinə dəstək verilməsi, onlara işlərində hər cür köməkliklərin olunması ilə bağlı tapşırıqlarından sonra bu gün Səbail rayonunda sahibkarların normal fəaliyyəti üçün hər cür şərait yaradılıb və bunu biz çox gündəlik işimizdə aydın hiss edirik. Müxtəlif yoxlamaların, işimizə əngəl törədən amillərin qarşısı alınıb.

İlin əvvəlində Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov bir neçə dəfə sahikarlarla görüş keçirib, rayondakı iş adamları arasında anonim sorğu aparılıb və sorğunun nəticələri ilə bağlı müvafiq tədbirlər görülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.