Azərbaycanda “Coca-cola” içkisindən zəhərlənmə ölümə səbəb oldu. Bu barədə Daxili İşlər Nazirliyindən bildirlib. Belə ki, mayın 17-də Ağcabədi rayonunun Ağabəyli kəndində yaşayan Xocavənd rayon sakini Murad Nəsirov “Coca-cola” içkisindən zəhərlənmə ilə xəstəxanaya gətirilib və mayın 18-də orada ölüb. Araşdırma aparılır.