APA-nın qərb bürosunun məlumatına görə, hadisə rayonun Tatar kəndində qeydə alınıb.
Kənd sakini, 1937-ci il təvəllüdlü Oruc Mustafayev bədənin müxtəlif hissələrinin xəsarəti əlaməti ilə Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir.
Şəmkir rayon Polis Şöbəsindən bildirilib ki, O. Mustafayevi oğlu Sakit Mustafayev döyüb.
Səbəb isə atanın həddindən artıq spirtli içki qəbul edərək evdə münaqişə salması olub.